Azərbaycan startapları Silikon Vadisində top pre-akseleratorda 3-cü yer tutdu

Müxtəlif ölkələrdən iştirak edən 150 komanda arasında yerli startaplarımız- “ABC Planet” və “ VRiendly” startapları da iştirak etdi. Bir neçə mərhələdən keçən startaplar yaddaqalan nəticə ilə “Draper University”-nin keçirtdiyi onlayn proqramın məzunları oldu.
Həmtəsisçi və CEO Ülvi Həsənlinin simasında təmsil edilən “Vriendly” startapı TOP 25 komanda siyahısına daxil oldu. Həmtəsisçi və CEO Cəmil İslamovun simasında təmsil olunan “ABC Planet” startapı isə TOP 3 ən güclü və perspektivli startap siyahısında yer alaraq “Draper University”-nin dəstəyi ilə investisiya almaq imkanını qazandı. Artıq ABŞ-ın bir neçə nüfuzlu vençur fondu startaplara investisiya etmək üçün müraciət edib.

Qeyd edək ki, ABC Planet bu ilin may ayında İnnovasiyalar Agentliyinin nəznində fəaliyyət göstərən Barama Pre-akselerasiya proqramını bitirən 5 startapdan biridir. Daha sonra İnnovasiyalar Agentliyinin tərəfdaşı olan beynəlxalq “Scaleink” biznes akselerator platformasına onlayn formada qəbul oldunub. “Scaleink” tərəfindən təqdim edilən mentor dəstəyi nəticəsində “Draper University”-nin proqramına qoşularaq ilk üçlükdə yer ala biliblər. Hazırda ABC Planet və “Vriendly” startapları “Scaleink” platformasında intensiv mentor dəstəyi almağa davam edirlər.

“Scaleink” startaplara əsaslı və möhkəm özüllər üzərində inkişafı və hər bir biznes üçün individual yanaşmanı təmin edən platformadır və “Draper University”-nin Azərbaycan üzrə tərəfdaşıdır.

Hazırda platformada startapları möhkəm inkişaf yolu ilə təmin edən, onlara dünyanın müxtəlif yerlərindən olan mentorlar vasitəsi ilə peşəkar biznes və texniki dəstək göstərən, həmçinin maliyyə bazarlarına çıxışlarını təmin edən 2 proqram mövcuddur. Bunlar: Pre-akselerasiya və akselerasiya proqramlarıdır.

“Scaleink” platformasının son xəbərlərini izləmək, startapınız və biznesiniz üçün faydalı məlumat əldə etmək üçün bu linkdən istifadə edib üzv ola bilərsiniz: https://scaleink-community.mn.co/

Beləliklə, İnnovasiyalar Agentliyi və “Scaleink” platformasından aldıqları birgə dəstək və hazırlıq nəticəsində “ABC Planet” və “Vriendly” Silikon Vadisində yerləşən “Draper University”-nin ilk azərbaycanlı məzunları oldu. Startaplarımıza uğurlarının davam etməsini diləyirik.