Startapları uğursuzluğa aparan 18 səhv 7

Yolun hələ başında olan startapları uğursuzluğa düçar edən əsas səbəblər hansılardır və onlardan necə qaçınmalı?⁣
Gəlin şəkildə verilən məlumatı ümumiləşdirək.⁣
1️⃣ Geniş bazar araşdırması və müştərini tanımaq. Bazar boşluğunu yaxşı araşdırmaq və müştərini tanımaq startapın əsasını və gələcək inkişafını formalaşdırır. Düzgün bazarı seçdiyinizə əmin olun və müştərilərinizi dinləyin. Onlarla görüşün, formalaşdırdığınız ideyanı gələcək müştərilərinizə danışın, fikirlərini toplayın, onlara lazım olacaq məhsulu yaratdığınıza əmin olun. ⁣

2️⃣ Düzgün komanda seçimi. Komandanızdakı insanlar kimdir? Nə iş görürlər? Hansı bacarıqlara malikdirlər? Sizinlə eyni ideya, dəyər və maraqları bölüşürlərmi? Bu sualları verərək düzgün komanda ilə çalışdığızla bağlı şübhələrinizi yox edin. ⁣
Komanda ilə necə işləmək haqqında daha ətraflı digər paylaşımımızda oxuyun:
https://www.facebook.com/innovation.agency.az/photos/a.479445672152364/2841885072575067/

3️⃣ Yanlış mühit və platforma. Startapın uğuru ətraf mühitindən çox asılıdır. Startapı sizə dəstək olacaq, köməklik edəcək mühitdə başlayın. Bu həm fiziki olaraq yerləşdiyi mühit, həm də virtual mühit haqqında doğrudur. Məsələn, sizə uyğun olan sosial şəbəkələrdə startapınızı təmsil edin. Bəzi hallarda Facebook, bəzi hallarda isə Instagram və ya digər sosial şəbəkə kəskin sürətdə daha effektiv ola bilər. Düzgün yerdə olduğunuza və lazımı platformalardan istifadə etdiyinizə əmin olun. ⁣

4️⃣ Həddindən kiçik niş və natamam ideya. Həddindən kiçik nişdə olmaq partnyor və rəqiblərinin tanımamağa gətirib çıxarır. Partnyor əldə etməkdən, xüsusilə də rəqiblərdən qoxmamalısız. İdeyanız böyük bazara uyğun gəlmirsə, ondan əl çəkə bilərsiniz. Öz mövqeyinizdən əmin olun və rəqabətdən çəkinməyin. ⁣

5️⃣ Ləng başlanğıc / Vaxtından əvvəl start. Düzgün vaxt seçimi də uğurunuzun müəyyən faizini təşkil edir. Ola bilər ki, ideya bazar üçün heç də yeni deyil. Və ya əksinə, çox yeni olduğu üçün onu reallaşdırmaq üçün ona uyğun mühit yaradılmalı ola bilər. Qərar verməzdən və addım atmazdan öncə əmin olun ki, ideyanızla gecikmirsiz və ya bazarı çox qabaqlamırsız. Sonra isə tərəddüd etmədən və əminliklə irəliləyin.⁣