İnnovasiyalar Agentliyi bir neçə biznes inkubatorunu və innovasiya mərkəzini, o cümlədən ‘’Barama’’ İnnovasiya və Sahibkarlıq Mərkəzini (hazırda 3 mərkəzi var) və ‘’Symbioz’’ Texniki Biznes İnkubatorunu dəstəkləyir.
‘’Barama’’ İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə Azərbaycanda yaradılan ilk biznes inkubatordur. Mərkəzin əsas məqsədi Azərbaycanda rəqəmsal ekosistemi inkişaf etdirməkdir. 2019-cu ildən etibarən Barama Azərbaycan İnnovasiyalar Agentliyi tərəfindən dəstəklənir.
2017-ci ilə qədər Mərkəz 300-dən çox tədbir keçirib, 3500 müraciət toplayaraq 45 startapı işə salıb.
2019-cu ildə Gəncə və Lənkəranda regional mərkəzlərini yenilədi. Hər bir regional mərkəz bölgələrdə startapları inkişaf etdirmək məqsədi ilə aylıq görüşlər və təlimlər keçirir, startapların inkişafına yardım edir.
2020-ci ilin yanvar ayında ‘’Barama’’ İnnovasiya və Sahibkarlıq Mərkəzi 30-dan çox beynəlxalq və yerli mentor, 25000 manata qədər maliyyə dəstəyi və ABŞ-da mübadilə proqramı daxil olmaqla erkən mərhələli startaplar üçün ilk pre-akselerasiya proqramını həyata keçirib.
Pre-akselerasiya proqramına seçim prosesi 3 mərhələdən ibarətdir: avtomatik onlayn qiymətləndirilmə, daxili mütəxəssis qrupu ilə fərdi görüşlər və nəhayət Təqdimat Günü.
‘’Barama’’nın sonuncu pre-akselerasiya proqramına 40-dan çox müraciət daxil olub, onlardan 22-si 1-ci, 10-u isə 2-ci mərhələdən keçib. Son seçim mərhələsində 5 komanda akselerasiya proqramında iştirak etmək imkanı qazanıb
- İŞIQ – karyera seçimi üçün interaktiv platforma
- ABC Planet- dünyada savadlılığı artırmağa hədəflənən məktəbəqədər təhsil startapı
- AIDAtoolkit – multimedia kontentinin yaradılması üçün kross-platformalı alət
- WinFi – səyahətçilər üçün qlobal WiFi paylaşma platforması
- Pesekar.az – peşə sahiblərini bir arada toplayaraq, onların xidmətlərini istehlakçılara çatdıran platforma.
Proqram MVP (minimal işlək məhsul deməkdir) inkişafının ilkin mərhələlərində startapların dəstəklənməsi, müştərilərin cəlb edilməsi və yeni bazarlara çıxması məqsədi daşıyır.
Daha çox məlumat üçün www.barama.az saytına daxil olun və ya ünvanına müraciət edin.