COMmercialize startUP – ComUP” proqramının məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən Azərbaycan startaplarının innovativ xidmətlərini kommersiyalaşdırmaq, onlar və dövlət qurumları, transmilli və beynəlxalq şirkətlər arasında işgüzar tərəfdaşlıq  qurmaqdır.

Proqram çərçivəsində İnnovasiyalar Agentliyi ilkin olaraq əməkdaşlıq edəcəyi 10 startap müəyyən edir. Startapların xidmətləri kommersiya təklifi halına salınaraq dövlət qurumu və transmilli şirkətlərə təqdim edilir.

İnnovasiyalar Agentliyi əməkdaşlığın qurulması və kommersiya təklifinin dəstəklənməsində startapa vasitəçi kimi dəstək verir. Təklif müqavilə ilə nəticələndiyi halda startap və qurumlar arasında müqavilə əsasında tərəfdaşlığa başlanılır. Nəticədə startapın xidməti kommersiyalaşır.

Dövlət qurumu aktual məsələlərin həllini innovativ xidmətlər ilə həll etmiş olur. Transmilli şirkət ilə əməkdaşlıq edildiyi halda şirkət startapın təklif etdiyi səmərəli xidmətdən faydalanır, startap isə beynəlxalq bazarlara çıxış imkanını artırır, gəlir əldə edir və xidmətlərini təkmilləşdirir.

Proqramın məqsədi

  • Müxtəlif sahələrdə fəaliyyət göstərən startapların xidmətlərini kommersiyalaşdırmaq və maliyyə gəlirlərinin artırılmasına dəstək vermək;
  • Startaplar və transmilli şirkətlər arasında uzun müddətli işgüzar tərəfdaşlıq və əlaqələri genişləndirərək startapın beynəlxalq bazara çıxış imkanlarını artırmaq;
  • Dövlət qurumlarına aktual məsələlərin həllində innovativ həllər ilə kömək etmək üçün startap və dövlət qurumu arasında əlaqələr qurmaq;
  • Startaplara xarici investisiyalar cəlb etməmişdən öncə aparıcı dövlət qurumları ilə əlaqələrin qurulmasına, onların ölkə ərazisində kommersiyalaşmasına, müqavilələrin bağlanmasına köməklik göstərmək və bu məqsədlə aidiyyəti qurumlara layihələr göndərmək;
  • Gələcəkdə kompaniyada iştirak edən startapların xidmətlərini və bacarıqlarını artıraraq transmilli şirkətlər ilə birgə maraq doğuran sahələrin inkişafında əməkdaşlığa cəlb etmək.

İlkin mərhələdə kommersiyalaşmaq üçün müəyyən edilən startap layihələr:

– iQRex
– iTicket
– Idealizerr
– Healthy Living Support
– Smart drawer
– Green wall
– Zərbə
– Yüksəklik
– Tap2Doc
– Onbranch
– Braille
– Tech 3D production

Nəzərdə tutulan ilkin kommersiya layihələrinə dair fikirlər:

İnnovasiyalar Agentliyinin layihədən vasitəçi komissiyası: Hər layihədən 1-5 il müddəti ərzində  3%-15% arası gəlirin  əldə olunması.

1. Qoruqların dron vasitəsi ilə monitorinqi

Startap: İTicket və iQRex
Əməkdaşlıq ediləcək qurum/potensial müştəri: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2. Elektron aksiz layihəsinin təqdimi

Startap: iQRex
Əməkdaşlıq ediləcək qurum/potensial müştəri: Azərbaycan Respublikasının Vergilər Nazirliyi

3. Socar – Neft platformalarında əşyaların internetinin tətbiqi (İoT)

Əməkdaşlıq ediləcək qurum/potensial müştəri: SOCAR

4. Azercell – Əşyaların internetinin tətbiqi İoT

Əməkdaşlıq ediləcək qurum/potensial müştəri: Azercell

5. Gübrə subsidiyalarının paylanılmasında blockchain texnologiyasının tətbiqi ilə şəffaflığın təmin olunması

Əməkdaşlıq ediləcək qurum/potensial müştəri: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

6. Ağıllı çəkməcələr

Startap: Smart drawer
Əməkdaşlıq ediləcək qurum/potensial müştəri:  Azerpoçt MMC

7. Lenovo və iQRex arasında blockchain platforması üzrə xidmətlərə dair əməkdaşlıq

Startap: iQrex
Əməkdaşlıq ediləcək qurum/potensial müştəri: Lenovo

Dost Səhifələr

New Project (48)
New Project (49)
New-Project (62).png
New Project (50)
New Project (51)