İnnovasiyalar Agentliyində Azərbaycanda data analitikası və statistika sahələrinin inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə  təlimlər və interaktiv seminarlar keçirilir.

Təlim və seminarlar yerli şirkətlərin “Data Science” təcrübəsini, “data” üzrə tətbiq sahələrini, Azərbaycanda “Data Science” karyerasını, yerli şirkətlərdə bu istiqamətdə tələb olunan bacarıq və bilikləri, karyeranın ilkin mərhələsində “data” üzrə iş imkanlarını və başqa mövzuları əhatə edir.

“Data Science” nədir?

“Data Science” çox önəmli sfera olaraq məlumatların toplanmasına, onların müxtəlif statistik və riyazi analiz proqramları ilə analiz olunaraq nəticələrin əldə edilməsinə və bu nəticələrə əsasən önəmli qərarların verilməsinə xidmət edən sahədir. “Data Science” astronomiya, iqtisadiyyat, dövlət orqanları, tibb, sosial media bir sözlə, məlumat toplusunun mövcud olduğu hər yerdə özünü göstərir.
Bu sahədə çalışan insanlara “Data Scientist” deyilir. “Data Scientist” statistika, analitika, riyaziyyat, “Machine learning”, Spatial engineering”, ‘’Biznes’’ və ‘’IKT’’ sahələrində dərin biliklərə malik olmalıdır.

New Project (48)
New Project (49)
New-Project (62).png
New Project (50)
New Project (51)