İnnovasiyalar Agentliyi regionlarda yaşayan qadınları İKT sahəsində maarifləndirmək və onların iş tapmaq imkanlarını asanlaşdırmaq məqsədi ilə “Digital Women” adlı sosial layihəyə başlayır. Layihə çərçivəsində kurslarda iştirak edən qadınlara Dizayn, Rəqəmsal marketinq, Link menecer, UX-analitik, SMM mütəxəssis, Veb-analitik və başqa ixtisaslar üzrə təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlər yerli şirkətlərin peşəkar mütəxəssisləri, xarici mentorlar və peşə ixtisas məktəblərinin müəllimləri tərəfindən aparılacaq.
Layihənin hədəfləri:
- Layihədə iştirak edən azərbaycanlı xanımların yerli və beynəlxalq bazarda freelance işlə təmin olunması;
- Azərbaycanın bölgələrində distant biznesin böyüməsi;
- Regionlarda İKT sahəsində savadlılığın artırılması;
- Tanınmış beynəlxalq freelance marketlərdə İKT sferasında olan azərbaycanlı xanım işçilərin faizinin artırılması.
Hədəf auditoriyası:
Yaş həddi – 14-70
Şagird qızlar
Evdar xanımlar
Təhsilini çoxdan başa vurmuş xanımlar
İxtisaslar (freelance)
Mətn / Marketinq
- Kopiraytinq
- Linqvoekspert
- E-mail marketoloq
- Link menecer
- Veb-analitik
- Yuzabilist
İT
- Kompüter avadanlıqlarının təmiri (Hard)
- SEO mütəxəssis
- Kontekst reklam üzrə mütəxəssis
- SMM mütəxəssis
- Kontent mütəxəssis
- UX-analitik
Dizayn
- Veb-dizayner
- GU dizayner
- İllustrator
- Qrafik dizayner
Develop
- Veb-master
- HTML verstka
- Front-end developer
- Veb-proqramçı
- Swift proqramçı
- Flash-animator
- PT tester
Tətbiq yolları:
1-ci mərhələ
- Kompüter savadlılığı
- Alqoritmika
- İngilis dili
2-ci mərhələ
- Sahələr üzrə bölgü
- İxtisaslaşma
3-cü mərhələ
- Uzaqdan (distant) təlim
- Yerli (lokal) təlim
- Yerli şirkətlərin peşəkarları
- Xarici mentorlar
- İKT universitetlərin yerli tələbələri
- Təlim ixtisas məktəblərinin tyutorları
Tərəfdaşlar
- IKT LAB
- Özəl şirkətlər
Layihənin planı
Fəaliyyət | Müddət | İzahı | Format | |
---|---|---|---|---|
Pre layihə | Tyutorların seçimi | 20 gün | Lokal (əyani) | |
İştirakçıların seçimi | 10 gün | Elanların verilməsi, reklamların yerləşdirilməsi | Distant | |
Seçim mərhələsi | 15 gün | Müraciətlərin qəbulu, məntiq, riyaziyyat testlərinin keçirilməsi İndividual müsahibələrin keçirilməsi | ||
5 gün | Şəxsi intervyuların keçirilməsi | Lokal (əyani) | ||
Ümumi təlim | 2 ay | İngilis dillinin əsasları, Kompüter savadlılığı, Alqoritmika | Distat və lokal, ayda iki dəfə lokal (əyani) dərslər olmaq şərti ilə | |
İxtisaslaşmış təlimlər | 2 ay | Mətn / Marketing | Distant və lokal, ayda iki dəfə lokal (əyani) dərslər olmaq şərti ilə | |
3 ay | Dizayn | Distant və lokal, ayda iki dəfə lokal (əyani) dərslər olmaq şərti ilə | ||
4 ay | İKT/Develop | Distant və lokal, ayda iki dəfə lokal (əyani) dərslər olmaq şərti ilə | ||
Motivasiyaedici görüşlər | 6 ay | Xanımlarla fərdi görüşlərin və müxtəlif səpkidə master klassların təşkili | Lokal (əyani), ayda 1 dəfə | |
İmtahan | 1 gün | Son imtahanların verilməsi | Distant və lokal | |
Layihənin başa çatması | 3 gün | Sertifikatların təqdim edilməsi, layihənin ictimayiləşdirilməsi | Lokal (əyani) |