binara-gif
Haqqımızda

İqtisadiyyatın davamlı və rəqabətədavamlı inkişafı bizim əsas devizimizdir

İnnovasiyalar Agentliyi yerli sahibkarlara müasir texnologiyaların və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən, startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir.

Yaradılmış iş yerləri:

0+

Startapların kommersiyalaşdırılması:

0$

Startaplar:

0+

Müraciətlər:

0+

Əsas məqsədlər

Azərbaycanda və regionda iqtisadi güzəştlər, biznes xidmətləri və qabaqcıl avadanlıqlardan təşkil edilmiş əlverişli şəraitin hesabına yüksək texnologiya iqtisadiyyatını inkişaf etdirmək.

Xarici təcrübəyə əsaslanan biznes mühitinin davamlı inkişafına nail olmaq üçün müxtəlif tədbirlərin keçirilməsi, beynəlxalq institut və qurumlarla əməkdaşlıq etməklə mövcud ekosistemin regional gücə çevrilməsinə zəmin yaratmaq.

  • İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması
  • Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi
  • Elmi tədqiqatların aparılması
  • Yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılması

Fəaliyyət sahələri

p1

İnformasiya kommunikasiya texnologiyaları

“Made in Azerbaijan” brendi ilə innovativ və yüksək texnoloji məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə mövcud yerli brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaq, rəqəmsal transformasiya məqsədli məhsul və xidmətləri müəyyənləşdirmək, robot və bulud texnologiyalarına, irihəcmli məlumatların emalına, süni intellektə əsaslanan həlləri dəstəkləmək.
p2

Elmi tədqiqatlar

İnnovasiyayönümlü elmi tədqiqatlara, onların kommersiyalaşdırılmasına maliyyə və təşkilati dəstək göstərmək. Bundan əlavə, əməkdaşlıq etdiyi istedadlı gənclərin, gənc mütəxəssislərin və alimlərin məlumat bankını yaratmaq.
p3

İnnovativ layihələr

Agentliyin əsas məqsədi innovativ ideya və layihələri araşdırmaq, dəstəkləmək, onların iqtisadi səmərəliliyini, ixrac yönümlülüyünü, rəqabət qabiliyyətliliyini qiymətləndirmək və investisiyalar cəlb etməkdir.
p4

Robototexnika və mexanika

Uşaqlara və startaplara spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatı (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. Bu fəaliyyət istiqamətinin əsas məqsədi kiçik yaşdan uşaqları müxtəlif texnologiya sahələrinə yönəldərək, ölkədə bu sahəyə maraq göstərən gənclərin sayını artırmaqdır.

Ünvanımız

Tərəfdaşlar

Dost Səhifələr

New Project (48)
New Project (49)
New-Project (62).png
New Project (50)
New Project (51)