-
Innovation AgencyEvents
Maryam Tağıyeva-Zeynalova ilə “Blokçeyn, Bitkoin tarixi və Blokçeyn texnologiyasının gələcəyi” mövzusunda görüş
14 dekabr 2019
İştirak qiyməti: ödənişsiz
Tələb olunan bilik səviyyəsi: texniki biliklər tələb olunmur
Qeydiyyat üçün link: https://forms.gle/UYcVB6FBczTuoRyC9
Ünvan: İnnovasiyalar Agentliyi, Mikayıl Müşfiq 2H, blok 2, 5-ci mərtəbə
Akselerasiya proqramına qəbul
25 oktyabr - 30 noyabr 2019
Müraciət qəbulu son tarixi: 30 noyabr 2019
Hansı mərhələdə startaplar üçün: istənilən mərhələ (idea mərhələsi də ola bilər)
Vətəndaşlıq: məhdudiyyət yoxdur
Qeydiyyat üçün linkə daxil olun: https://bit.ly/2ol0maM
Startup Grind Baku Hub: Ceyhun İmanov ilə "Brend = Təcrübə"
30 noyabr 2019, 16:00
Startup Grind Baku Hub tərəfindən keçiriləcək növbəti tədbir sahibkar, dizayn və brendinq eksperti Ceyhun İmanov ilə baş tutacaq. #FiresideChat formatında baş tutacaq tədbirdə Ceyhun İmanov iştirakçılarla dizayn, brendinq, marketinq kimi fəaliyyət göstərdiyi bir çox sahədə öz təcrübəsini bölüşəcək 🔥
Qiymət: 13 AZN
Bilet əldə etmək üçün link: http://bit.ly/SGBbrandexperience
“Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi
3-6 dekabr 2019
3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq.
- Las-Veqasdan Pepper humanoid robotu
- Robot balıqlar
- Dünyaca məşhur robot rəssam
- Müxtəlif sumo, güləş və dron yarışları
- Kosmo zonası
- 6 metrlik uçan astronavt
- Və ən nəhayət hamının sevimlisi robot pianoçu
20-dən çox interaktiv zona və robotları görmək istəyənlər, https://robopark.ticketsetup.com/az linkinə daxil olaraq qeydiyyatdan keçə və pulsuz bilet əldə edə bilərlər.
Biletlər yalnız “Robopark” üçün və yalnız 5 və 6 dekabr tarixlərində keçərlidir.
Expo mərkəzə daxil olmaq üçün biletin çap versiyasını təqdim etmək vacibdir.
Eyni zamanda, İnnovasiyalar Agentliyində keçirilən STEM üzrə kurslar da yer alacaq. (Mars Academy, Engineering for Kids, AREA) və kiçik ziyarətçilər STEM robotiks, proqramlaşdırma və dronlar üzrə biliklər əldə edəcəklər.