Haqqımızda:
İnnovasiyalar Agentliyinin “Fast Track – startap akselerator” proqramı şəxsi biznesini qurmaq üçün düzgün yanaşma və lazımi təcrübə əldə etmək istəyən azərbaycanlı startaplara investisiya, maliyyə, qanunvericilik, infrastruktur dəstəyi, tədris proqramı və güclü mentor şəbəkəsi təklif edir.
Startap layihələrin qəbulu:
Texnologiya əsaslı biznes ilə məşğul olan komanda. Layihə artıq ideya mərhələsini keçmiş, işlək vəziyyətdə olan xidmət və ya prototipi hazırlığı ilə məşğul olmalıdır (müraciət üçün son müddətə kimi startap layihələrin prototipi, təqdimatı pdf və ya video çarxlar kimi qəbul olunur).
Startap layihələrin seçimi:
Layihə rəhbərlərinin layihə və komandanı təsvir edəcək təqdimatla yerli və beynəlxalq ekspertlər qarşısında çıxışı (3 dəqiqəlik təqdimat (pitch) + sual-cavab).
Layihələrin inkişafı:
Akselerator proqramı 4 ay davam edir və ildə 3 dəfə toplu şəkildə 10 startap layihənin qəbulunu həyata keçirir. Proqrama daxil olan startaplar maliyyə yardımı, inzibati dəstək, təhsil və mentor köməyi qazanırlar.
Kommersiyalaşdırma:
Layihələrin yerli və xarici investorlara, operator şirkətlərə, beynəlxalq startap müsabiqələrə təqdim olunması və monetizasiyası.
Məqsəd
- Startapların həm ölkə daxilində, həm də beynəlxalq miqyasda inkişafına təkan vermək;
- İlkin mərhələdə təhsil, təcrübə mübadiləsi, maliyyələşmə, texniki və marketinq dəstəyi kimi bir sıra xidmətlər;
- Seçilmiş layihələrə nəzəri və təcrübi biliklər verməklə onların startap fəaliyyətinin stimullaşdırılması və dəstəklənməsi, eyni zamanda ölkədə kiçik və orta sahibkarlığın inkişafına təkan verilməsi;
- Azərbaycanda və xaricdə fəaliyyət göstərən iş adamlarının biznesin təşkili və idarə edilməsi ilə bağlı təcrübələrinə əsaslanan məlumatların proqram iştirakçılarına çatdırılması;
- Akselerasiya proqramının bütün iştirakçılarının tanınmış mentor və mütəxəssislərin vebinarlarında iştirak etmək hüququ;
- Layihələrin strukturlaşdırılması;
- İnvestisiya planlarının hazırlanması;
- Biznes planlarının hazırlanması;
- Bazarın araşdırılması;
- Keyfiyyətin yoxlanılması;
- Test sınaqlarının keçirilməsi;
- Layihənin patentləşdirilməsi;
- Müəllif hüquqlarının qorunması.
Seçim meyarları
- Texnologiya əsaslı biznes ilə məşğul olan komanda;
- Layihə artıq ideya mərhələsini keçmiş, işlək vəziyyətdə olan xidmət və ya prototip hazırlığı ilə məşğul olmalıdır. Bu mərhələdə biznes plana ehtiyac yoxdur;
- Müraciət edən komandanın ən azı bir üzvü texniki təhsilə sahib olmalıdır;
- Bu məqsədlə qəbul prosesini startaplar üçün asanlaşdıraraq, ilk növbədə layihə rəhbərlərindən öz layihələrini və komandanı təsvir edəcək kiçik təqdimat tələb olunur;
- Qəbul dövrü bitdikdən sonra seçilmiş startaplar haqqında məlumat proqramda iştirak edən mentor və investorlara rəyə göndəriləcək;
- Tərəflərin təsdiqlədiyi startaplar müsahibə üçün dəvət ediləcək və ya onlardan video pitch formatında təqdimat tələb olunacaq;
- 10 startap layihəsinin seçim prosesi bitdikdən sonra 4 aylıq proqrama start veriləcək.
Üstünlüklər:
- Avropa və ABŞ-dan dəvət olunmuş peşəkar mentorlar (ekspertlər, məsləhətçilər);
- İnvestor dəstəyi və onlara çıxış imkanları;
- Ödənişsiz 24/7 ofis;
- Dövlət və özəl sektorla müqavilələrin bağlanılmasına yardım;
- PR və marketinq dəstəyi;
- Kouçinq təcrübəli yerli və xarici mütəxəssislərdən biznes, liderlik, texniki, insan resursları, hüquq, mühasibatlıq və digər tədris proqramlarında iştirak və məsləhətlər almaq imkanları;
- Biznes planın hazırlanması;
- Ödənişsiz data mərkəz;
- İnvestisiya yönümlü yerli və beynəlxalq startap tədbirlərdə, sərgilərdə, seminarlarda, konfranslarda iştirakın və xarici investorlarla görüşlərin təşkili;
- Satışın təşviqi.