30 ən bacarıqlı və istedadlı gəncə ölkənin öndə gedən  şirkətlərində işləmək şansı verən layihə 

Məqsədimiz

Etiraf etməliyik ki, ixtisaslı kadr olmaq üçün təkcə ali məktəb auditoriyasında qazanılan biliklər yetərli deyil. Mütəxəssis mütəmadi olaraq ixtisasını artırmalı və təkmilləşməlidir. Aldığı nəzəri bilikləri praktiki biliklərlə möhkəmləndirməlidir.

Böyük şirkətlərin insan resursları mütəxəssislərinin əsas məqsədi şirkətlərinə mümkün qədər ixtisaslı və  təcrübəli kadrlar cəlb etməkdir. Bəzən onlar ixtisaslı və təcrübəli kadrları  çalışdıqları iş yerlərindən cəlb (head-hunt) edirlər.

Nəticədə kifayət qədər bilikli, geniş elmi potensiala malik amma iş təcrübəsi az olan kadrlar öz potensiallarını nümayiş etdirmək şansı qazana bilməyib işsiz qalırlar.

Bunu nəzərə alan İnnovasiyalar Agnetliyi Azərbaycanın öndə gedən şirkətləri ilə bir araya gələrək G-30 layihəsini  həyata keçirməyi planlaşdırıb.

Sponsor şirkətlərin məqsədi:

  • İnsan potensialını inkişaf etdirmək
  • Yüksək ixtisaslı, peşəkar mütəxəssislər hazırlamaq
  • Tədrislə iş mühiti arasında daha sıx əlaqələr yaratmaq
  • Məzun olmuş gənclərin məşğulluq probleminin həllinə kömək göstərmək
  • Liderlik potensialı olan gənclərdən əsl peşəkar yetişdirmək və onlara qısa zamanda özlərini ifadə edə bilmələri üçün dəstək olmaq.

G-30 Layihəsi aşağıdakı mərhələlərdən keçir:

  • Sponsorlarla birgə ən uyğun namizədlər seçilir;
  • Seçilmiş namizədlər üçün yüksək səviyyədə biznes idarəçiliyi, marketing və başqa sahələr üzrə kurslar təşkil edərək, onlara bilik və bacarıqlarını artırmalarına imkan yaradılır;
  • Gəncləri yeni və kreativ layihələrə cəlb edərək onların biznesin idarə olunması istiqamətində qazandıqları bilik, bacarıq, təcrübə və potensiallarını reallaşdırmağa şərait yaradılır;
  • Proqramın ən uğurlu məzunları  əldə etdikləri nəzəri  biliklərini real işdə tətbiq etdikdən sonra onlara sponsor  şirkətlərdə təcrübə keçmək və işlə təmin olunmaq şansı verilir;

I mərhələ – Seçim turu

Bu mərhələdə müsabiqə yolu ilə 40 namizəd seçilir.

Seçim üçün vacib sayılan meyarlar bunlardır:

  • Magistratura dərəcəsi;
  • Güclü analitik qabiliyyət, məntiqi araşdırma aparmaq bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qurma və təqdimat bacarıqları;
  • Yeniliklərə tez uyğunlaşma, keyfiyyətə fokuslanma;
  • Yeniliklərə və təkmilləşməyə açıq;
  • Dilbacarıqları ( Azərbaycan dilində səlis, Rus və İngilis dillərində yaxşı danışmaq) ;
  • Ofis proqramlarını bilmək;
  • Ölkədaxili və xarici səfərlər etmək imkanı;
  • 23-28 yaşlı alı təhsilli Azərbaycan Respublikasının vətəndaşları

II mərhələ

Bu mərhələdə namizədlər arasından seçilmiş 40 ən  bacarıqlı və bilikli gənc üçün 4-6 ay davam edən xüsusi, intensiv təlimlər və  kurslar təşkil olunur. Management (İdarəetmə), Marketing/PR, HR (İnsan Resursları), Finance (Maliyyə)  sahələri üzrə keçirilən təlimlər Azərbaycanın tanınmış iş  adamları, beynəlxalq şirkət nümayəndələri tərəfindən aparılır. Bu təlimlərə qatılmaqla onlar:

  • Ofisdə peşəkar və təcrübəli şəxslərlə birgə, son avadanlıq və texnologiyalarla çalışaraq ideal təcrübə qazanırlar;
  • Təlimçilərin xüsusi nəzarəti, istiqaməti və “masterclass”ları ilə peşəkar kimi formalaşmağa başlayırlar;
  • Təcrübə müddətində müvəffəqiyyət qazanan, fərqlənən, yüksək potensiala malik uğurlu namizədlər növbəti mərhələyə keçmək imkanı qazanırlar.

 

Menecment

İştirakçılarımız idarəetmə üsulları haqqında geniş məlumat əldə  edirlər. Eyni zamanda müxtəlif şirkətlərdə nəzəri bilikləri praktiki biliklərlə birlikdə  artıraraq təcrübə qazanırlar. Layihələrin düzgün idarə olunması və  inkişaf etdirilməsi istiqamətində təcrübəli mütəxəssislər dəvət edilir və onlar öz təcrübələrini  iştirakçılarla paylaşırlar.

Əldə olunan bilik və bacarıqlar:

  • Layihənin idarə olunması bacarıqları, konsepsiyaları və texnikaları.
  • Layihənin məqsədinin effektiv və tərəflərin tələblərinə uyğun təsvir edilməsi.
  • İş bölgüsü strukturlarının inkişaf etdirilməsi.
  • Real, ölçülə bilən məqsədlərin seçimi və müsbət nəticələrin təmin edilməsi.
  • Layihənin reallaşdırılmasında çəkilən xərclərin müəyyən edilməsi.
  • Layihənin davamlılığının təmini, prosesə nəzarət və monitorinq sisteminin yaradılması.

 

Maliyyə

Layihəyə nəzarət, qiymətləndirmə, proqnozlaşdırma, büdcə, monitorinq barədə geniş  məlumat verilir.  Təhlil, xərclər hesabatı və qazanılmış dəyərli məlumatları şərh etmək bacarıqları öyrədilir.

          Əldə olunan bilik və bacarıqlar:

  • Şəbəkə diaqramlarının inkişaf etdirilməsi üçün iş bölgüsü strukturunun mənimsənilməsi
  • Resursların müəyyənləşdirilməsi
  • Smeta xərcləri və iş vaxtının effektiv şəkildə planlaşdırılması
  • Layihənin düzgün tarixdə reallaşdırılmasının müəyyən edilməsi
  • Baş verən dəyişikliklərə nəzarət və layihə işlərinin düzgün şəkildə bitirilməsi.

 

Marketinq

Marketinq bir şirkətin inkişafı üçün böyük əhəmiyyət kəsb edir və onu inkişafa doğru istiqamətləndirir. Bu sahədə verdiyimiz təlimlər marketinqin bütün sahələrini əhatə edir.  Tələbələrə layihələrin yaradılması və inkişaf etdirilməsi, müştəri ilə əlaqə qurma üsulları və digər mövzularda düzgün istiqamət verilir.

          Əldə olunan bilik və bacarıqlar:

  • Effektiv bazar araşdırması necə edilir?
  • Fəaliyyət və proyekt üçün SWOT analiz necə edilir?
  • Hədəf analizi necə edilir?
  • Strateji analiz necə edilir?

PR

Məqsəd gənclərin gələcək peşələrində bu sahənin geniş tətbiqinə imkan yaratmaq, ictimaiyyətlə  əlaqələr haqqında təlimlər keçərək, onlara bu sahədə lazım olan təməl bilikləri verməkdir. Layihə  zamanı gənclərə ölkənin aparıcı, təcrübəli PR və marketinq üzrə mütəxəssisləri, eləcə də media  nümayəndələri PR fəaliyyətinin incəlikləri, xüsusiyyətləri haqqında məlumat verir, mövzu ilə  bağlı təlimlər keçirir.

Əldə olunan bilik və bacarıqlar:

  • PR / Uğurlu PR nümunələri
  • PR-ın istiqamətləri
  • PR-ın vasitələri və alətləri
  • PR , Virus PR, Teaser PR
  • Krizis dövründə PR
  • Sahəvi PR
  • Rəngli PR
  • PR analiz
  • PR plan
  • Qurumların PR işinin 0-dan  qurulması

HR- İnsan Resursları

Təlimin tədrisində əsas məqsəd İnsan Resursları üzrə mütəxəssis hazırlamaq, qərb və şərq ölkələrində  mövcud olan uğurlu idarəetmə prinsiplərini sistem şəklində Azərbaycana uyğunlaşdırmaqdan ibarətdir.

           Əldə olunan bilik və bacarıqlar:

  • Fəaliyyətin qiymətləndirilməsi
  • Peşəkar ünsiyyət
  • Təqdimat bacarıqları
  • Motivasiya
  • Problemləri həll etmə bacarıqları

III mərhələ – Layihənin idarə edilməsi

Təlimlər bitdikdən sonra iştirakçılar imtahan olunur.

30 nəfər gənc biznesmen 5-6 nəfərdən ibarət bir neçə qrupa bölünür. Qruplara layihəyə sponsorluq etmiş 5 ən böyük şirkət üçün yeni biznes layihə və inkişaf planı  hazırlamaq tapşırığı verilir. Layihə şirkət rəhbərliyi tərəfindən qəbul olunduğu təqdirdə maliyyə vəsaiti ayrılır. Nəticədə uğurlu layihə müəllifləri ya həmin layihə çərçivəsində şirkətlər tərəfindən məvacibli işlə təmin olunurlar, ya da  layihədən əldə olunan gəlirdən divident alaraq müstəqil fəaliyyət göstərmək şansı əldə edirlər.

IV mərhələ – G-30 uğurunun nəticəsi

Layihənin yekununa dair “Gənc İş Adamlarının I Bakı konfransı” təşkil olunacaq. Konfransda müxtəlif sahələrdən iş adamları iştirak edəcək və reallaşdırılan layihələrin hesabatlarına dair ictimaiyyət üçün təqdimat keçiriləcək.

New Project (48)
New Project (49)
New-Project (62).png
New Project (50)
New Project (51)