Qanunvericilik

Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli 736 nömrəli Fərmanı ilə Bakı şəhəri, Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkı (YTP) yaradılıb. Parkın yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatların aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etməkdir. YTP-nin fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb və 24 aprel 2013-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmana əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi formalaşdırılıb.

Əsas məqsədlər

  • İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması
  • Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi
  • Elmi tədqiqatların aparılması
  • Yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılması

Missiya

Azərbaycanda və regionda iqtisadi güzəştlər, biznes xidmətləri və qabaqcıl avadanlıqlardan təşkil edilmiş əlverişli şəraitin hesabına yüksək texnologiya iqtisadiyyatını inkişaf etdirməkdir. Biznes mühitinin davamlı inkişafına və mövcud ekosistemin regional innovasiya mərkəzinə çevrilməsinə təkan verməkdir.

Partnyorlar

Dost Səhifələr

New Project (48)
New Project (49)
New-Project (62).png
New Project (50)
New Project (51)