Startaplara dəstək göstərmək, inkişaf etmələri üçün imkanlar yaratmaq, yeni bazarlar əldə etmək və daha böyük bazarlarda təmsil olunmaları üçün maliyyə dəstəkləri cəlb etmək.
İnnovasiyalar Agentliyi bütün innovativ layəhələrin inkişafı üçün imkan yaratmaq və dəstək vermək imkanındadır.
İnvestisiyaların təşviqi layihəsi aşağıdakı mərhələlərdən keçir.
- Təqdim edilmiş layihələrin təhlilini və dəyərləndirilməsini həyata keçirir;
- Rezidentlərin fəaliyyətinin təşkilini və inkişafını təmin edir;
- Bu sahədə yerli və xarici startaplar və innovativ layihələrin dəyərləndirilməsini aparır və ehtiyac olan sahələrdə yardım göstərir;
- Maliyyə resurslarını və investorları cəlb edir;
- Rezident layihələri inkişaf etdirmək və bazar paylarını artırmaq məqsədi ilə yerli və beynəlxalq vençur fondları və maliyyə qurumları ilə əlaqələrin yaradılmasını və bu layihələrin onlarla tanış edilməsini təmin edir;
- Mübadilə proqramları çərçivəsində startapları digər ölkələrdə tanıdır və onlar üçün maliyyə dəstəyi tapır;
- İnnovativ layihələrin və sahibkarlıq fəaliyyətinin təşkilini və idarə edilməsini, bu sahədə təqdim olunan layihələrin inkişafı məqsədi ilə layihələrin texniki, bazar araşdırmasını və məhsulun nəzərdə tutulan müştərilərə təqdim edilməsini öz üzərinə götürür;
- Müvafiq sahədə fəaliyyət üzrə aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq, yeni təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- Azərbaycan Respublikasının ərazisində innovativ sahibkarlığın və yüksək texnologiyaların inkişafı üçün yerli və xarici müəssisələr, dövlət, qeyri-hökumət təşkilatları və özəl təşkilatlar ilə əməkdaşlığın qurulmasında yardım edir;
- İstedadlı xarici innovatorların və yüksək potensialı olan innovativ ideya sahiblərinin, innovativ tədqiqatçıların ölkəyə cəlb olunması üzərində çalışır.