17 avqust 2015-ci il tarixində Mingəçevir Yüksək Texnologiyalar Parkında ilk rezident qeydiyyatdan keçib. Mingəçevir Texnologiyalar Parkında qabaqcıl xarici texnologiya ilə kompüter məhsullarının istehsal edilməsi üçün ilk rezident – Htech İnvest şirkəti fəaliyyətə başlayıb. Texnoparkda kompüter məhsullarının istehsalını təmin etmək üçün mövcud infrastrukturda rekonstruksiya işləri aparılıb, istehsalat sahəsi yaradılıb və müvafiq avadanlıqlarla təmin edilib. Parkın ərazisində olan mövcud infrastruktur və ən müasir avadanlıqlar vasitəsi ilə Azərbaycan brendi olan müxtəlif növ kompüter, planşet və s. elektron cihazların istehsalına başlanılıb.

Mingəçevir Yüksək Texnologiyalar Parkı

Опубликовано Innovation Agency Azerbaijan Вторник, 24 декабря 2019 г.

Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli 481 nömrəli Fərmanı ilə Mingəçevir şəhərində 1,31 ha ərazidə “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC nəzdində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb.

Texnoparkın xidmətləri

  • Otaqlar
  • Yerli bazarın öyrənilməsi
  • İnsan qaynaqları və məşğuliyyət
  • İdarəetmə üzrə konsaltinq
  • İnvestorlarla tanışlıq
  • Təlim proqramları
  • Biznes xidmətləri
  • İstedadlara və elmi dairələrə çıxış

Rezidentlər 7 il müddətində aşağıdakı
vergi və rüsumlardan azaddır

  • Mənfəət
  • Əmlak
  • Torpaq
  • Əlavə dəyər
  • Gömrük

Fəaliyyət sahələri

  • İnformasiya texnologiyaları
  • Proqram mühəndisliyi
  • Mobil texnologiyalar
  • E-biznes
  • Qrafik animasiya
  • Robototexnika və mexanika
  • Alternativ və bərpa olunan enerji
  • Enerji səmərəliliyi sahəsində tədqiqat
  • Kosmos və telekommunikasiya
  • Biotexnologiyalar
  • Tibbi proqram təminatı həlləri
  • LED texnologiyalar

Partnyorlar

Dost Səhifələr

New Project (48)
New Project (49)
New-Project (62).png
New Project (50)
New Project (51)