Azərbaycan Respublikası Prezidentinin 736 nömrəli 5 noyabr 2012-ci il tarixli Fərmanı ilə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatların aparılmasını və yeni informasiya texnologiyalarnın işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə Yüksək Texnologiyalar Parkı yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 984 nömrəli 16 sentyabr 2013-cü il tarixli Fərmanı ilə Texnoparkın fəaliyyəti üçün Pirallahı rayonunda 50 ha torpaq sahəsi ayrılıb.
Pirallahı Yüksək Texnologiyalar Parkının ilk rezidentinin (“CRM GROUP” MMC) “CRM IT INNOVATION PRODUCTS” layihəsi əsasında printer üçün ‘’Toner kartric’’ texnologiyalarının hazırlanması, işlənilməsi məqsədi ilə elmi tədqiqat işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiq edilməsi və gələcəkdə istehsalı nəzərdə tutulur. “CRM İT İNNOVATİON PRODUCTS” layihəsi üzrə Yüksək Texnologiyalar Parkında 2,5 hektar ərazidə laboratoriya, anbar, ofis və yardımçı sahələrin qurulması və əsasən kartriclərin qablaşdırılması və markalanması, printer, skaner, əl oxuyucuları və ratsiyaların istehsalı planlaşdırılır.
Texnoparkın xidmətləri
- Otaqlar
- Yerli bazarın öyrənilməsi
- İnsan qaynaqları və məşğuliyyət
- İdarəetmə üzrə konsaltinq
- İnvestorlarla tanışlıq
- Təlim proqramları
- Biznes xidmətləri
- İstedadlara və elmi dairələrə çıxış
Rezidentlər 7 il müddətində aşağıdakı
vergi və rüsumlardan azaddır
- Mənfəət
- Əmlak
- Torpaq
- Əlavə dəyər
- Gömrük
Fəaliyyət sahələri
- İnformasiya texnologiyaları
- Proqram mühəndisliyi
- Mobil texnologiyalar
- E-biznes
- Qrafik animasiya
- Robototexnika və mexanika
- Alternativ və bərpa olunan enerji
- Enerji səmərəliliyi sahəsində tədqiqat
- Kosmos və telekommunikasiya
- Biotexnologiyalar
- Tibbi proqram təminatı həlləri
- LED texnologiyalar