İnnovasiyalar Agentliyində Azərbaycanın mühəndislik və proqramlaşdırma məktəblərində yeni nəsil üçün mühəndislik ənənəsinin təməlinin qoyulması, mühəndislik və proqramlaşdırma peşəsinə marağın artırılması məqsədilə təlimlər təşkil edilir. Burada STEM kursları üzrə tədrisin keçirilməsinə şərait yaradılıb.

Təşkil olunan STEM kursları (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə verir. Təlimlərin əsas hədəfi uşaqlarda 21-ci əsrin ən vacib bilik və bacarıqları sayılan innovativ və yaradıcı düşünmə, məntiqi təfəkkür, hesablama düşüncəsi, motorika bacarıqları, layihə üzərində komanda şəklində işləmə, təqdimat bacarıqlarını inkişaf etdirməkdir.

  • Adətən STEAM kursları dörd istiqamət üzrə 5-15 yaş arası uşaqları bir araya gətirir. Robotiks-robot qurmaq və proqramlaşdırmaq;
  • Mühədislik-elm, texnologiya, mühəndislik, fizika, kimya, incəsənət və riyaziyyata inteqrasiya edən STEAM proqramlarını;
  • Proqramlaşdırma – proqramlaşdırma anlayışı, animasiya və sadə oyunlar;
  • Rəqəmsal incəsənət-memarlıq abidələri və təxəyyülə uyğun 3D fiqurlar yaratmaq və animasiyaya çevirmək bacarıqlarını öyrədir;

İnnovasiyalar Agentliyində tez-tez “Mars Academy” və digər kurslarla birgə valideyn və uşaqlar üçün “Açıq Qapı” günləri təşkil edilir.

Uşaqlar kursların məzmunu, avadanlıqlar, həmyaşıdlarının hazırladığı layihələrlə tanış olurlar, böyük həvəslə “workshop”da iştirak edirlər.

Innovasiyalar Agentliyində "Açıq Qapı" günü

Uşaqlarda böyüklərdən fərqli olaraq üç əsas keyfiyyət var: səbəbsiz sevinə bilmək, həmişə özünə məşquliyyət tapmaq və yorulmamaq. İnnovasiyalar Agentliyi və Mars Academy-nin "Açıq qapı" günündə uşaqlar sevinclə, həvəslə və yorulmaq bilmədən, əylənərək öyrəndilər. ARB TV ARB 24 "HI-TECH" verilişi

Опубликовано Innovation Agency Azerbaijan Четверг, 12 сентября 2019 г.
https://www.facebook.com/innovation.agency.az/videos/2444528015616040/
New Project (48)
New Project (49)
New-Project (62).png
New Project (50)
New Project (51)