Haqqımızda

İnnovasiyalar Agentliyi ölkədə fəaliyyət göstərən startap layihələr üçün xaricdə investisiya yönümlü beynəlxalq tədbir, sərgi, konfrans və festivallarda iştirak etmək, xarici investorlarla görüşmək məqsədilə səfər qrantları təşkil edir.

Müraciət forması

Şərtlər:

  • Səfər qrantı üçün yalnız startap layihəsi prototip mərhələdə olan, ictimai fəal, istedadlı və yaradıcı insanlar müraciət edə bilərlər.
  • Müraciət beynəlxalq tədbirin başlayacağı vaxtdan azı 30 təqvim günü öncə edilməlidir.
  • Müraciət edən şəxs təqdim olunmuş ərizə formasını elektron qaydada tam doldurmalı, hər bir suala ətraflı cavab verməli, əsaslandırmalı və tələb olunan sənədləri əlavə etməlidir (şəxsi məlumat, layihənin təsviri, səyahət barədə məlumat, səfərin təyinatı, layihənin 1 dəqiqəlik video təqdimatı).

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

  • Beynəlxalq tədbirdə iştirak edəcək şəxsə ünvanlanmış rəsmi dəvətnamə (dəvətnamə təşkilatın rəsmi blankında və rəhbər şəxsin imzası ilə olmalıdır, əks halda, sənədlər toplusu tam sayılmayacaq). Şəxsə ünvanlanmış rəsmi dəvətnamədə beynəlxalq tədbirdə iştirak üçün tələb olunan yaşayış xərcini təşkilatçının ödəməyəcəyinə dair məlumat öz əksini tapmalıdır.
  • Tədbirin proqramı;
  • Müraciət edən şəxsin tədbirdəki çıxışının mətni və ya təqdimat materialları;
  • Yarış və ya müsabiqədə iştirak etmək üçün müraciət edən şəxsin həmin sahə üzrə göstəricilərini təsdiqləyən sənədlər;
  • Müraciət edən şəxs şagird və ya tələbə olduqda, təhsil aldığı müəssisənin rəhbərliyinin həmin şəxsin səfərdə iştirakı ilə bağlı razılıq məktubu (səfər tədris dövrünə təsadüf edərsə);
  • Müraciət edən şəxsin pasportunun surəti.

Seçim mərhələsi:

“High Tech Travel Grants” səfər qrantı üçün müraciət etmiş layihələri İnnovasiyalar Agentliyinin xüsusi komissiyası qiymətləndirərək seçir.

Layihə təklifləri komissiyanın müəyyən etdiyi vaxt ərzində qiymətləndirilir və müsabiqənin qalibləri barədə ictimaiyyətə məlumat verilir.

Müsabiqəyə təqdim olunmuş layihələrin qiymətləndirilməsi 2 mərhələdə həyata keçirilir:

  1. Layihələrin texniki ekspertizası;
  2. Komissiyanın layihələri qiymətləndirməsi və qərarların qəbul edilməsi.
New Project (48)
New Project (49)
New-Project (62).png
New Project (50)
New Project (51)